-
- 1-07-2020, 12:22
- 868
Mədəniyyət nazirinin müavini Avropa Şurasının videokonfransında İŞTİRAK EDİB
30 iyun 2020-ci il tarixində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib. Videokonfrans formatında təşkil olunan iclasda Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.
News24.az xəbər verir ki, iclas 2020-ci ilin noyabr ayında keçiriləcək plenar sessiyanın gündəliyinin hazırlanması və "İqlim dəyişikliyi və davamlı inkişaf" və "Süni intellekt və mədəniyyət, yaradıcılıq və mədəni irs" mövzuları haqqında məlumat verilməsi ilə başlayıb.
İclas zamanı “Avropa İnsan Hüquqları Konvensiyasının 70 illiyinə töhfə: Rəqəmsal dövrdə İncəsənət, Mədəniyyət, Mədəni İrs və Söz Azadlığı” mövzusunda manifestin layihəsi və “Avropa Şurası Rəqəmsal Sərgisi” üçün konsepsiya mövzusu müzakirə olunub. Həmçinin, Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son illər ərzində tətbiq edilən yeniliklər təqdim edilib.
İclasda Azərbaycan nümayəndə heyəti çıxış edərək ölkəmizdə mədəniyyət sahəsində xüsusi karantin rejimi dövründə görülən işlərdən danışdı və bir sıra layihələrin həyata keçirilməsi təklifini irəli sürdü.
Bundan əlavə, Avropa Landşaft Konvensiyasının həyata keçirilməsi üçün milli siyasət və beynəlxalq əməkdaşlıq, 2020-2022-ci illər üzrə iş proqramı və fəaliyyət planı müzakirə edilib.
Sonda Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclasının yekun hesabatı qəbul olundu və bu sənədin katiblik tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirildi.