Bakıda qadın atasının tapançasını polisə təhvil verib
    • 1-07-2020, 13:04
    • 604

Bakıda qadın atasının tapançasını polisə təhvil verib

Bakıda qadın atasının silahını polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış “Makarov” markalı tapançanı və 8 ədəd patronu könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verib.