Saatlı sakini avtomat silahı polisə TƏHVİL VERDİ
    • 3-09-2019, 14:49
    • 958

Saatlı sakini avtomat silahı polisə TƏHVİL VERDİ

Saatlı şəhər sakini saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı şəhər sakini İ.Əzizov “AKS-74U” markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı Rayon Polis Şöbəsinə təhvil verib.