Toyunda maskalı gəzdi... - Fotolar
    • 1-07-2020, 15:54
    • 584

Toyunda maskalı gəzdi... - Fotolar

Tanınmış aktrisa Yıldız Asyalı rejissor Kerem Saka ilə ailə həyatı qurub. 

Toy ötən gün Bodrumdakı otellərin birində baş tutub.

Dörd aydır sevgili olan cütlüyün toyunda 15 qonaq iştirak edib. Yıldız koronavirusdan qorunmaq üçün məclisə maska ilə daxil olub. “Evlilik təklifi gözləyirdim, 4 ay əvvəl tanış olduq. Gəlinliyimi beynimdə hazırlamışdım. Təklif gələn kimi tez bir zaman hər şeyi təşkil etdim. 5 gün ərzində qərar verdik və evləndik”,- deyə aktrisa qeyd edib. /qafqazinfo/