Oksana Rəsulova, Pərvin Abıyeva və başqaları Muradla Ülviyyənin toyunda oturmağa yer tapmayınca... FOTOLAR
    • 4-12-2018, 12:55
    • 3 832

Oksana Rəsulova, Pərvin Abıyeva və başqaları Muradla Ülviyyənin toyunda oturmağa yer tapmayınca... FOTOLAR

Ötən gün tanınmış aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyovanın toyu baş tutub.

Paytaxtda yerləşən şadlıq saraylarının birində baş tutan toy mərasiminə qohum və dostlarla yanaşı, incəsənət və şou aləminin bir çox nümayəndələri qarışıq 1000-ə yaxın qonaq dəvət edilib. Ancaq gələnlərin sayı 1000-i keçib.
News24.Az-a daxil olan məlumata görə toya əvvəldən təşrif buyuran qonaqlar əyləşsələr də, sonradan gələnlərin bəxti gətirməyib. Qonaq çoxluğundan əksər qonaqlar ayaq üstə qalıblar. Bəziləri səbr edib gözləsələr də, əksəriyyəti səbr etməyərək, bu halı özlərinə hörmətsizlik kimi qəbul edib, toydan narazı şəkildə gediblər. Bu söhbəti ən çox qabardan isə rəqqasə Oksana Rəsulova olub. O, toya pul salarkən zərfin üzərinə "Yer yox idi oturmağa" iradını qeyd edib...
Oturmağa yer tapmayanlar sırasında aparıcı Alidə Mustafayeva, Türkiyədən məxsusi toya gələn aktrisa Pərvin Abıyeva da olublar. 



News24.Az