-
- 2-07-2020, 10:12
- 522
Səhiyyə Nazirliyinin göstərişi ilə COVİD-19 infeksiyası ilə bağlı onlayn təlimlərə BAŞLANDI
Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən kompleks şəkildə həyata keçirilən geniş miqyaslı tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırki vəziyyəti nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir.
Nazirlikdən News24.az-a verilən xəbərə görə, bu təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
ADHTİ-da keçirilən bu aktual mövzuda onlayn kursların ilkin mərhələsində Bakı şəhərində yerləşən 79 poliklinikada çalışan 2100 nəfər həkim və orta tibb işçisi həmin təlimlərə cəlb olunub. Artıq bir neçə gün ərzində davam edən qısa müddətli onlayn kurslarda koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVİD-19 xəstəliyi, onun hal-hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumat təqdim olunur, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb. Ümumi kurslarla yanaşı, xüsusi olaraq, kiçik tibb işçiləri üçün əksepidemik və biomühafizə tədbirləri və pandemiya şəraitində tətbiq edilən karantin rejiminin qaydalarına həsr olunmuş təlimlər də təşkil olunub. Artıq 800 nəfər tibb işçisi bu onlayn kursları dinləyib, təlimlərdə iştirak ediblər.