COVID-19-la bağlı online təlimlər KEÇİRİLƏCƏK
    • 29-04-2020, 10:48
    • 723

COVID-19-la bağlı online təlimlər KEÇİRİLƏCƏK

Səhiyyə sahəsində çalışan mütəxəsislər üçün Hindistan Xarici İşlər Nazirliyinin Hindistan İqtisadi və Texniki Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində “COVID-19-un idarə olunması strategiyaları və əlaqəli aspektlər” mövzusu üzrə online təlimlər keçiriləcək.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  “COVID-19 üzrə potensialın artırılması proqramı” çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq.

COVID-19 pandemiyasının idarə olunmasına aid ən vacib məsələlər üzrə e-İTEC interaktiv vebinar sessiyaları müddətində COVID-19 nədir, infeksiyanın qarşısının alınması tədbirləri, COVID-19 xəstələrinin müəyyən edilməsi üsulları, onların təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi, sahə nəzarəti və ictimai səhiyyə tədbirləri, həmçinin digər mövcud məsələlər əhatə ediləcək.

27 aprel 2020-ci il tarixdən etibarən başlayan online təlimlər Azərbaycan vaxtı ilə saat 13:30-dan 14:30-a kimi baş tutacaq. Altı gün davam edəcək onlayn təlimlərdə Azərbaycan Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin səhiyyə işçiləri, tibb mütəxəssisləri iştirak edəcəklər.