-
- 3-07-2020, 17:00
- 801
Yaxın qohumlar 5 nəfərlik toplaşmada istisnadır
Xəbər verdiyimiz kimi, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.
News24.az xəbər verir ki, bu gün Baş Nazir Əli Əsədov müvafiq qərarı təsdiqləyib.
Qeyd edilib ki, sözügedən yerlərdə yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Xatırladaq ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl 10 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilirdi.