Fabrikdə və anbarda salamat qalan materiallar ƏRAZİDƏN KƏNARLAŞDIRILIR - FOTO - VİDEO
    • 4-07-2020, 23:53
    • 748

Fabrikdə və anbarda salamat qalan materiallar ƏRAZİDƏN KƏNARLAŞDIRILIR - FOTO - VİDEO


Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.