Oğuzda dağlıq ərazilərdə baş verən yanğın məhdudlaşdırıldı- NAZİRLİK
    • 28-08-2019, 13:23
    • 671

Oğuzda dağlıq ərazilərdə baş verən yanğın məhdudlaşdırıldı- NAZİRLİK

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə nazirlikdən News24.az-a məlumat verilib.
Yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır.
Əlavə məlumat veriləcək. /