Kəmaləddin Heydərov yanğın ərazisində FOTO - VİDEO - YENİLƏNDİ
    • 5-07-2020, 00:00
    • 960

Kəmaləddin Heydərov yanğın ərazisində FOTO - VİDEO - YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***22:38
Fövqəladə Hallar Nazirliyi "Sobsan" boya fabrikində davam edən yanğınla bağlı məlumat yayıb. 

News24.az xəbər verir ki, hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.