-
- 6-07-2020, 16:35
- 1 877
Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - MÜŞFİQ ABBASOV YAZIR
Söz vaxtına çəkər, 2014-cü ilin yay aylarıydı. Bazar günü olsa da, Bakı şəhər prokurorluğunun istintaq idarəsinin rəisi mənə zəng elədi, təcili Nəsimi rayon prokurorluğuna getməyimi istədi. Nə məsələ olduğunu soruşanda bir gənc iş xanımının yaşadığı evdə öldürüldüyünü dedi.
Qeyd edək ki, Bakı şəhər prokurorluğunun müstəntiqləri rəhbərliyin göstərişi ilə şəhərin ayrı-ayrı rayonlarında baş verən ağır cinayət işlərinin istintaqını apara bilərlər.
Deyildiyi kimi, Nəsimi rayon prokurorluğuna gəldim. Prokuror Salman Məmmədlinin otağında iclas gedirdi. O iclasa mən də qatıldım. Prokuror bildirdi ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anara məxsus “Qarant” Holdinqin departament müdiri Natəvan adlı qadının yaşadığı evdə meyiti tapılıb. Meyitin üzərində iki bıçaq yarası var və yaralar kürək nahiyəsindədir. Mən ora çatana qədər Nəsimi rayon prokurorluğunun müstəntiqi hadisə yerini müayinə eləmişdi. Cəsəd isə meyitxanaya aparılmışdı. Dərhal meyitxanaya getdim. Meyit yarılıb müayinə olunmuşdu. Mən sadəcə, onun dırnaqlarının kəsilməsini, başının müxtəlif nahiyələrindən saç nümunələri götürməsini ekspertdən xahiş elədim. Meyitin dırnaqlarını kəsmək nəyə görə lazımdır?! Belə cinayət hadisələri zamanı ölən şəxs qatillə əlbəyaxa olanda onun dəri piqmentləri mərhumun dırnağının altında qala bilir.
Natəvanın meyitinə baxanda məni bir şey təccübləndirdi. İki sutka sonra aşkar olunmasına baxmayaraq, meyitdən iy gəlmirdi. Hərbi prokurorluqda işlədiyim müddətdə çox meyitlər müayinə eləmişəm. Cavan bir əsgərin meyiti ölümündən az sonra yarılsa belə, ondan iy gəlirdi. Amma bu qızın meyitindən iy gəlməməsi şübhəli idi.
Bayıra çıxanda meyitxananın qabağında bir qadın mənə yaxınlaşdı, çox sakit tərzdə soruşdu ki, Natəvanın ölüm işinin istintaqını siz aparacaqsınız? Mən “bəli” dedim. Həmin xanım Natəvanın anası olduğunu dedi. Onun özünü çox sakit aparması da məni təccübləndirdi. Adətən, analar övladları öləndə çox üzülürlər, o qədər ağlayırlar ki, danışmağa taqətləri olmur. Bu qadın isə çox soyuqqanlı idi.
Mən dərhal Natəvan barədə informasiya topladım. Məlum oldu ki, onun cəmi 32 yaşı varmış, valideynləri İmişlidə yaşayır. Onun bir bacısı vardı, Bakıda jurnalist işləyirdi. Ailəli olan bacısının bir uşağı olduğunu da öyrəndim. Subay olan Natəvan isə ayrı yaşayırdı.
Onun çox savadlı olduğu, dörd dildə sərbəst danışdığı, bilik və bacarığı ilə iş yerində pillə-pillə irəlilədiyini dedilər. Belə bir qızı öldürmək kimə lazım ola bilərdi?!
Mən meyitxanadan birbaşa hadisə yerinə yollandım. Natəvanın evi Bakıxanov prospektində, Dostluq kinoteatrının arxasındakı beşmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşirdi. O, bu evi təxminən 3 il əvvəl ipoteka ilə almışdı. Mənzil bir otaqdan ibarət idi. Natəvanın meyiti yataq otağının döşəməsində tapılmışdı. Mənə məlumat verən Nəsimi rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə bildirdi ki, Natəvanın mobil nömrəsinə dəfələrlə zəng edən bacısı onun telefona cavab vermədiyini görüb narahat olur. O, bacısının iş yerinə zəng edir. Oradan Natəvanın işə gəlmədiyini deyirlər.
O, dərhal əri Əlini Natəvanın evinə göndərir. Əli mənzilin qapısının bağlı olduğunu görüb Natəvanın mobil telefonuna zəng edir, telefonun səsi qapının arxasından eşidilsə də, cavab verən olmur. Ona görə də Əli FHN-ə zəng vurur. FHN əməkdaşları gələnədək o, həyətdə işləyən kran vasitəsi ilə evin açıq pəncərəsindən içəri girir və döşəmədə Natəvanın meyitini görür.
Cinayətkarlar evi ələk-vələk eləyib hər tərəfi dağıtmışdılar. Natəvanın yıxıldığı yerdə yaranan qan gölməçəsinin quruyub ləkəsi qalmışdı. Bu vaxt diqqətimi həmin qan ləkəsindən təxminən 1,5 metr aralıdakı metrə cəlb elədi. Orxan mənə həmin metrənin ora necə düşdüyünü bilmədiyini dedi. Mən dərhal hadisə yerini müayinə edən Nəsimi rayon prokurorluğunun müstəntiqinə zəng elədim. O, dedi ki, metrəni hadisə yerində görüb, hətta özü ilə metrə gətirmədiyinə görə, hadisə yerinin müayinəsi zamanı həmin metrədən istifadə edib. Bir prokurorluq işçisindən bu cavabı eşitmək mənim üçün gözlənilməz oldu.
(Ardı var)
Müşfiq Abbasov