-
- 6-07-2020, 17:00
- 589
Sakinlərin suya əlçatanlığını təmin etmək üçün çənlər quraşdırılır - Neftçalada
İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində və rayonun bir sıra kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə təxirasalınmaz tədbirlər davam etdirilir.
"Azərsu" ASC-dən News24.az-a verilən məlumata görə, şəhərdə və bəzi kəndlərdə sakinlərin suya əlçatanlığını təmin etmək üçün çənlər quraşdırılır. Qeyd edək ki, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzinin, eləcə modul tipli sutəmizləyici qurğular olan kənd və qəsəbələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə “Azərsu” ASC, Neftçala Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər görülür. Salyan şəhərindən Neftçalaya suyun daşınması məqsədilə 18 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb. Daşınan suyun bərabər paylanması və qənaətli istifadəsi məqsədilə Neftçala şəhərinin müxtəlif məhəllələrində, bəzi kənd və qəsəbələrdə hər birinin tutumu 5 kubmetr olan 37 ədəd su çəni quraşdırılıb. Yaxın günlərdə belə çənlərin sayı 44-ə çatdırılacaq.
Su çənləri “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən yuyulub dezinfeksiya edilib. Mərkəzi Laboratoriyanın səyyar laboratoriyalar vasitəsilə nümunələr götürülərək analizlər aparılıb və istifadəsinə icazə verilib. Eyni zamanda, səyyar laboratoriyalar tərəfindən suyun keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır. Su çənlərindən suyun götürülməsinə və bərabər paylanmasına nəzarət olunur, israfçılığa yol verilməməsi üçün əhali arasında maarifləndirmə işləri aparılır. Çənlərin mütəmadi olaraq su ilə doldurulması məqsədilə sudaşıyan nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, Neftçala şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanıb. Şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 44 km uzunluğunda yeni magistral su kəmərinin və 7500 kubmetr tutumu olan su anbarının tikintisi davam etdirilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.