"Şəpşəpilərim qalıb onu götürə bilərsən" deyib Azərbaycan əsgərini təhqir edən şəxs SAXLANILDI - VİDEO
    • 6-07-2020, 18:37
    • 1 116

"Şəpşəpilərim qalıb onu götürə bilərsən" deyib Azərbaycan əsgərini təhqir edən şəxs SAXLANILDI - VİDEO

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. O.Zərbəliyev etdiyi məmələ görə hər kəsdən üzr istəyib:"Bir neçə gün bundan qabaq, sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində əsgərlə bağlı çəkilən videoya görə, bütün əsgərlərdən və xalqımızdan üzr istəyirəm. Bütün gənclərə tövsiyyə edirəm ki, belə bir şey etməsinlər. Onlar bizim sağlamlığımız üçün çalışırlar". 

Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcəkdir.