"Fairmont Baku"nun fransalı rəhbəri CƏRİMƏLƏNDİ
    • 6-07-2020, 18:41
    • 1 522

"Fairmont Baku"nun fransalı rəhbəri CƏRİMƏLƏNDİ

Karantin rejimi qaydalarını pozan "Fairmont Baku" otelinin rəhbəri Fransa vətəndaşı Mathieu Greppo cərimə olunub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. 

E.Zahidov bildirib ki, M.Greppo hüquqi şəxs kimi cərimələnib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.