Dünyanın ən iyrənc muzeyi açıldı- Yarasa supu,qurdlu pendir..
    • 3-10-2018, 12:14
    • 2 496

Dünyanın ən iyrənc muzeyi açıldı- Yarasa supu,qurdlu pendir..

İsveçrənin  Malmö şəhərində fəaliyyətə başlayan “İyrənc Yemək” muzeyi görənləri heyrətə salıb. Muzeyın açılma məqsədi dünyanın fərqli  ölkələrinə məxsus olan, amma iyrənc olaraq bilinən yeməklərin nümayiş olunmasıdır.
 News24.az  xəbər verir ki, 5 ay fəaliyyət göstərəcək muzeydə yarasa  supu, qurdlu pendir, çürümüş balıqlar, buğa cinsi orqanı, çürük yumurta və ölmüş  donuz balaları sərgilənir. Muzey rəhbərinin sözlərinə görə, ən çətin iş, insanları iyidən qoruya bilməkdir. Bunun üçün xüsusi qablardan istadə olunur. O, iylənən İsveç balığının kəskin qoxusunun qarşısını almağın isə mümkünsüz olduğunu qeyd edib.

Şəlalə Ağayeva