-
- 7-07-2020, 13:11
- 503
AzTU-nun komandası "Aquahack" hakaton yarışında birinci oldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakaton yarışı başa çatıb.
News24.az xəbər verir ki, yarış suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etmək məqsədilə keçirilib.
“Aquahack” adlandırılan hakaton yarışının final mərhələsi 48 saat davam edib. Bu mərhələdə 30-dan çox komanda münsiflər heyətinin qarşısında öz layihələrini onlayn formada təqdim edib.
Nəticələrə əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) "Arducoman" komandası ən yüksək bal toplayaraq yarışın əsas qalibi olub. 2-ci yerə Aquahackermaks layihəsi, 3-cü yerə isə Satetlite layihəsi layiq görülüb.
Qaliblərə birinci yer üçün 5000, ikinci yer üçün 3000 və üçüncü yer üçün 2000 manat təqdim olunacaq.