“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini-futbol yarışı keçirilib.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ilk görüşdə İran komandası ilə qarşılaşan Rusiya hərbi dənizçiləri qalib gəlib. Azərbaycan və Qazaxıstan komandalarının oyunu isə dənizçilərimizin qələbəsi ilə başa çatıb.

Final  oyunlarında Azərbaycan komandası Rusiya dənizçilərinə, İran hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Beləliklə futbol üzrə dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

loading...

Fotolar

Teglər: Müdafiə Nazirliyi Dəniz kuboku Yarış keçirilib