-
- 3-10-2018, 13:15
- 664
Deputat: "Elə bilirlər ki, biz heç bir iş görmürük"
Jurnalistlər elə bilirlər ki, biz heç bir iş görmürük, ayda bir-iki dəfə plenar iclasa gəlməklə, işimizi yekunlaşdırırıq.
Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında adıçəkilən komitənin sədr müavini Yevda Abramov deyib.
Onun sözlərinə görə, əslində, belə deyil:
“Biz işimizi iki-üç dəfə iclasa toplaşmaqla bitirmirik. Komitəmizin yaz sessiyası ilə bağlı hesabatı bir daha göstərir ki, biz nə qədər işlər görmüşük. Bizim fəaliyyətimiz görüntü xarakteri daşımayıb. Qoy, bunu jurnalistlərimiz də bilsin. Təbii ki, mən heç vaxt öz işimdən, fəaliyyətimdən razı qalmamışam. Hesab edirəm ki, daha çox işləməliyəm.
Bəzən buraya insanlar gəlir, deyirlər ki, Hadi Rəcəblinin yanına gəlmisiniz, deyirlər ki, yox, o yəhudi deputat var e, onun yanına gəlmişik, onunla görüşmək istəyirik. Mən də çalışıram ki, iki-üç kəlmə xoş sözlər deyib, o insanların könlünü alım, probleminə kömək edim.
Demək istəyirəm ki, bütün bunlara baxmayaraq, daha çox işləməliyəm. Amma biz komitə olaraq işləyirik, bu, göz önündədir”.