Koronavirusa yoluxan həkim: “Artıq reanimasiyada yatan koronaviruslu xəstələrə baxan bir personal yoxdur”
    • 7-07-2020, 16:59
    • 790

Koronavirusa yoluxan həkim: “Artıq reanimasiyada yatan koronaviruslu xəstələrə baxan bir personal yoxdur”

“Cavid Paşayev mənim tələbəlik illərimin dostudur. İnsan kimi insan, mütəxəssis kimi ali mütəxəssisdir. Ay virusa inanmayan burdan sizə səslənirəm, nə qədər gec deyil özünüzü və ailənizi qoruyun, qoruyun ki, kütləvi şəkildə yoluxma olmasın”.

News24.az xəbər verir ki, bunu ATU-nin Tədris Cərrahiyyə klinikasının koronavirusa yoluxan həkimi Niyaməddin Əliyev öz facebook hesabında yazıb: "ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişik. Biz “tükənmişik” deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi sizdən hər uğuruna görə “on minlər” alan idmançılar, toyunuza "əşi bir dəfə toy edirik" təsəllisi ilə “yüz minlər” verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız, pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin. Dərdimiz nə puldur, nə də başqa maddi bir şey. Sizlərdən hansısa dəyəri gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmayın. Özünüzü qoruyun, Allaha əmanət olun".