Sumqayıtda koronavirus xəstəsi küçəyə ÇIXIB GƏZDİ - VİDEO
    • 8-07-2020, 18:51
    • 908

Sumqayıtda koronavirus xəstəsi küçəyə ÇIXIB GƏZDİ - VİDEO

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

News24.az xəbər verir ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər kotec qəsəbəsində yaşayaşan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. 

Qeyd edək ki Kərimov İbrahim Ramazan oğlu barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb .İstintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.