-
- 8-07-2020, 19:18
- 714
Mehriban Əliyeva şəhid ailələrinin ev probleminin həlli ilə bağlı GÖSTƏRİŞ VERDİ
Mingəçevirdə yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən müsbət münasibət bildirilib.
News24.az xəbər verir ki, bu barədə “Zəfər”Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova bildirib.
"Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli,qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı,Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək. “Zəfər”Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk." - deyə o, qeyd edib.