"Melaniya Tramp"ı yandırdılar - FOTO
    • 9-07-2020, 09:14
    • 1 041

"Melaniya Tramp"ı yandırdılar - FOTO

ABŞ-ın birinci xanımı Melaniya Trampın, doğma şəhəri Sloveniy yaxınlığında quraşdırılmış heykəli yandırılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə, 4 iyul ABŞ İstiqlal Günü ərəfəsində meydana gəlib. Heykəl yerli sənətkar tərəfindən yaradılıb və nəhəng bir kötükdə dayanan Melaniyanı təmsil edib.

Melaniya Trampın heykəli tam boyda, kobud formalarla və 2017-ci ildə Donald Trampın andiçmə mərasimində iştirak etdiyi zaman geyindiyi mavi paltarda təsvir edilib.

Melaninin heykəli 2019-cu ildə quraşdırılıb.