Rəqsanə aylar sonra... - VİDEO
    • 9-07-2020, 13:57
    • 2 071

Rəqsanə aylar sonra... - VİDEO

Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı qadağan edilən toy məclislərinə Rusiyada artıq icazə verilib.

News24.az xəbər verir ki, uzun müddətdir Moskvada yaşayan və fəaliyyət müğənni Rəqsanə İsmayılova 3 aylıq fasilədən sonra ilk toyu idarə edib. Sənətçi ötən gün baş tutan məclisdən görüntüləri "İnstagram"da paylaşaraq bunları qeyd edib: "Bakıdakı bütün musiqiçi və sənətçiləri salamlayıram. Çətin günlər geridə qalacaq və siz də balalarınıza çörək aparacaqsınız. Toya qayıtsam belə, ürəyim sizin yanınızdadır. Bu günləri sizin də yaşamağınızı istəyirəm. Üç ay əvvəl çox ağır bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı və insanlar çətin anlar yaşadı. İndi biz normal həyata qayıtdıq. Həyatımız olsa da, yaşamağımız çətinləşmişdi. Hazırda Azərbaycanda vəziyyət o qədər də yaxşı deyil. Xalqıma səbr diləyirəm".

Sevda Bayramova