-
- 10-07-2020, 15:09
- 941
Maştağa qəsəbəsindəki tarixi hamam zibildən təmizlənir
"Hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb".
News24.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
Onun sözlərinə görə, tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib: "Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyəyə də müraciət olunub".
F. Hüseynli Dövlət Xidmətinin əməkdaşlarının tarixi abidənin yerləşdiyi ərazidə olduğunu vurğulayıb: "Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb. Günün sonunadək yaxınlıqda zibil yeşikləri qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir".
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrə Maştağa qəsəbəsində yerləşən 17-18-ci əsrlərə məxsus tarixi "Qum hamamı"nın baxımsız vəziyyətdə olması ilə bağlı məlumat yayılıb. /APA/