-
- 19-06-2019, 18:15
- 1 689
Əbülfəs Qarayev: "Tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliği də vacibdir"
Bu gün Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
News24.az xəbər verir ki, iclasda gündəlikdə duranməsələlər müzakirə olunub. Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər haqqında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov məruzə edib. Bildirib ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.
Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində bir sıra işlərin görüldüyünü deyib. Qeyd edib ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıqkörpüdə bərpa konservasiya işləri aparılıb. Dövlət başçısının sərəncamına əsasən Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.
Zakir Sultanov onu da diqqətə çatdırdı ki, 72 abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir. Xidmət rəisi arxeoloji irslə bağlı görülən işlər barədə də məlumat verib.
Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliğinin də vacib olduğunu vurğulayıb. Nazir bu abidələrin istismara verilməsini mədəni sənayeləşmənin əsası kimi dəyərləndirib.
Sonda nazir müzakirə olunan məsələlər və qeyd olunan problemlərlə bağlı müvafiq tapşırıqlarını verib.