-
- 14-07-2020, 14:38
- 545
"Elektron Hökumətin İnkişafı İndeksi” açıqlandı
Elektron Hökumət Sorğusunun (e-Government Survey) 2020-ci il üçün olan nəticələrini açıqlanıb.
News24.az xəbər verir ki, Elektron Hökumət üzrə sorğu Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2 ildən bir keçirilir və 193 üzv ölkəni əhatə edir.
Hazırlanmasında 200-dən çox tədqiqatçı, ekspert iştirak etmiş və sayca 11-ci olan bu nəşr dünya ölkələrinin e-hökumət hazırlığı ilə bağlı yeganə istinad mənbəyidir.
"Elektron Hökumətin İnkişafı İndeksi" üzrə dövlətlər adətən ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdirilir. Azərbaycan yüksək qrupa aid edilən 69 ölkə arasından 13-cü yerdə (2018-ci ildə 70 ölkə arasında 30-cu yerdə olub) , okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında isə ilk üçlükdədir. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 66 baldan 71 bala qədər yüksəldərək dünya üzrə orta göstəricini 11 bal üstələməyə nail olub. Qeyd edək ki, indeksi 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır, bu isə o deməkdir ki Azərbaycan ən yüksək qrupa keçməyə real namizəddir.
"Elektron Hökumətin İnkişafı İndeksi"ni təşkil edən meyarlara “Onlayn Xidmət İndeksi”, “Telekommunikasiya İnfrastrukturu İndeksi” və “İnsan Kapitalı İndeksi” daxildir. 2020-ci il qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan “Onlayn Xidmətlər İndeksi” üzrə 100 mümkün baldan 70 bal (dünya üzrə orta bal 56) toplayıb. BMT-nin hesabatında “Onlayn Xidmət İndeksi” üzrə ölkələri qruplaşdırarkən, Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə “yüksək indeksli” dövlətlərin qrupuna daxil edilib. Azərbaycan “Telekommunikasiya İnfrastrukturunun İnkişafı İndeksi” üzrə 65 bal (dünya üzrə orta bal 54), “İnsan Kapitalı İndeksi” üzrə isə 77 bal (dünya üzrə orta bal 68) toplayıb.
Ümumilikdə isə ölkəmiz dünyanın 193 ölkəsi arasında "Elektron Hökumətin İnkişafı İndeksi" üzrə 70-ci yerdə öz mövqeyini qoruyub saxlaya bilib.
Hesabatda, həmçinin Azərbaycanın bu sahədə malik olduğu müsbət təcrübə qeyd edilib. Belə ki, “myGov”un “şəxsi kabinet” əsaslı elektron hökumət portalı olaraq vətəndaşlara şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə etmək və dövlət xidmətlərinə müraciət etmək imkanı verdiyi qeyd edilir. Portalın dövlət xidmətləri sahəsində yeni yanaşma tətbiq edərək, istifadəçi ehtiyaclarını real vaxt rejimində və data əsaslı prediktiv elektron hökumət konsepti əsasında reallaşdırdığı vurğulanır. “ASAN Login” sistemi vasitəsilə isə çoxlu sayda elektron xidmətlərə çıxışın olduğu bildirilir.
Hesabatda eləcə də "Elektron İştirak İndeksi" ilə bağlı nümunə olaraq “İdeya Bankı” layihəsinin adı çəkilərək saytına link verilib.
Ölkəmizdə elektron hökumət quruculuğunun sürətləndirilməsi və effektiv koordinasiyanın həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 2018-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan Mərkəz bu günədək dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində vətəntaşların həyatını asanlaşdıran bir sıra layihələr həyata keçirib. Bura “şəxsi kabinet” əsaslı və vətəndaşlara proaktiv xidmətlər göstərən “myGov” elektron hökumət portalı, “e-Satınalma” dövlət satınalmalarının vahid portalı, “e-Agro” Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, “e-hərrac” elektron hərrac sistemi, “ASAN Viza” , “ASAN ödəniş”, “ASAN Finans”, “ASAN Login” və digər layihələr aiddir.
Mərkəz, həmçinin pandemiya ilə mübarizə zamanı “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. Vətəndaşların işlərini evdən çıxmadan görə bilmələri üçün bir sıra yeni xidmətlər elektronlaşdırılıb, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə dair məlumatların onlayn əldə edilməsi məqsədilə “ASAN Bot” istifadəyə verilib.
“BMT Elektron Hökumət Sorğusu 2020” aşağıdakı linkdən yüklənilə bilər:
https://publicadministration.un.org/egovkb/Portals/egovkb/Documents/un/2020-Survey/2020%20UN%20E-Government%20Survey%20(Full%20Report).pdf