Azərbaycan Dünya Bankının İnsan Kapitalı İndeksi reytinqində
    • 12-10-2018, 15:06
    • 2 166

Azərbaycan Dünya Bankının İnsan Kapitalı İndeksi reytinqində

Dünya Bankının ilk dəfə açıqladığı İnsan Kapitalı İndeksi üzrə reytinqdə Azərbaycan 157 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

İlk 5-likdə olan ölklərdən 4-ü Asiya qitəsini təmsil edir (Sinqapur, C. Koreya, Yaponiya, Hong Kong).
Keçmiş SSRİ məkanından ilk 50-liyə Rusiya, Qazaxıstan, Latviya, Litva, Estoniya və Ukrayna düşüb.
MDB ölkələrindən ən yüksək pillədə Qazaxıstan qərarlaşıb - 31-ci sırada.

Gürcülər bizdən 8 pillə irəlidə, ermənilər 9 pillə geridədir.

İnsan Kapitalı İndeksi hökumətlərin hazırda doğulan uşaqların təhsil və sağlamlığına, gələcək iş həyatına hazırlığına yönəltdiyi investisiyaların effektivlyinin qiymətləndirilməsi əsasında hazırlanıb.