-
- 14-07-2020, 21:18
- 3 192
Şəhid polkovnik İlqar Mirzəyevin nəşi EVİNƏ GƏTİRİLDİ, İZDİHAM YAŞANDI "İLQAR, SƏN QƏHRƏMANSAN" - FOTOLAR - VİDEO
Şəhid polkovnik İlqar Mirzəyevin nəşi Xətai rayonundakı ata ocağına gətirilib.
News24.az-ın məlumatına görə, şəhid polkovniki qarşılamaq üçün binanın önünə saysız-hesabsız insan toplaşıb. Şəhid polkovnikin evinin önündə Azərbaycan bayraqları asılıb.
Vətən uğrunda qhrəmancasına canından keçən polkovnik Mirzəyevin nəşi ata ocağına gətirilərək ailə üzvləri ilə vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi sürəkli alqışlarla yola salınıb. Evin önünə toplaşan insanlar Azərbaycanın üç rəngli bayrağını dalğalandırıblar. "Qarabağ bizimdir, bizim olacaq", "Qəhrəmanımız polkovnik İlqardır", "Şəhidlər ölməz, Vətən bölünməz', Kimdir Qəhrəman, İlqar! sədaları altında şəhidimiz yaşadığı evdən ömürlük ayrılıb.
Şəhidin ailəsi evində çəkilişə icazə vermədiyi üçün bu qərarar sayğıyla yanaşdıq: "İlqar çəkiliş istəməzdi". Şəhid İlqar Mirzəyevin oğlu atası ilə qürur və fəxr hiss etdiyini deyib: "Baxmayın boynu büküyəm, amma atamla fəxr edirəm. O istəmird deyə onun yolunu davam etdirmirdim. Amma bundan sonra atamın yolunu davam etdirəcəyəm. Hər kəs şəhidlik zirvəsinə ucala bilmir. Atam həqiqətən də qəhrəman idi və qəhrəman oldu".
Qeyd edək ki, şəhid İlqar Mirzəyevin 2 övladı var. İ.Mirzəyevin oğlu 4-cü kurs, qızı isə 1-ci kurs tələbəsidir. Şəhid polkovnik İlqar Mirzəyev sabah dəfn olunacaq.
Ülkər Qasımova
FOTO/Video: Fərid Şabanov