Şəhid general Həşimov II Fəxri Xiyabanda torpağa tapşırıldı - FOTOLAR
    • 15-07-2020, 10:10
    • 739

Şəhid general Həşimov II Fəxri Xiyabanda torpağa tapşırıldı - FOTOLAR

Azərbaycan-Ermənistan sərhəddi Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda torpağa tapşırıldı. 

News24.az xəbər verir ki, generalın məzarı üzərinə əklillər qoyulub. Hazırda şəhidin məzarı önündə insan izdihamı, həyəcanlı anlar yaşanır. Halı pisləşmiş şəhid anası Səmayə Həşimovaya yüzlərlə insan təsəlli verir, onun əllərindən öpürlər. 

Afaq Mirayiq
Foto: Fərid Şabanov