Ermənilərin atdığı mərmilər Tovuzda yaşayış evlərinə və həyətyanı sahəyə düşüb - Müdafiə Nazirliyi
    • 16-07-2020, 10:23
    • 503

Ermənilərin atdığı mərmilər Tovuzda yaşayış evlərinə və həyətyanı sahəyə düşüb - Müdafiə Nazirliyi

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

News24.az xəbər verir ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Mülki şəxslər arasında xəsarət alan yoxdur.