"Azərbaycana məxsus heç bir tankı vurmayıb" - Müdafiə Nazirliyi
    • 16-07-2020, 11:03
    • 679

"Azərbaycana məxsus heç bir tankı vurmayıb" - Müdafiə Nazirliyi

“Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb”.

News24.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya erməni hərbi birləşmələrinin Azərbaycana tankını vurması barədə məlumatı şərh edərkən deyib. V.Dərgahlı bildiirb ki, bu, yalan məlumatdır:"Bütün Azərbaycan tankları qaydasındadır. Azərbaycan hərbi qüvvələrinin hərbi texnikası ön xətdə deyil. Azərbaycan tankları düşmən bölmələrinin vura biləcəyi nöqtədə deyil”.