Ermənistana məxsus taktiki PUA məhv edildi - FOTO
    • 16-07-2020, 11:36
    • 718

Ermənistana məxsus taktiki PUA məhv edildi - FOTO

Ermənistana məxsus taktiki PUA məhv edilib.

News24.az
Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.