Bakıda ağır yol qəzası - 2 nəfər ÖLDÜ - VİDEO
    • 17-07-2020, 08:53
    • 1 113

Bakıda ağır yol qəzası - 2 nəfər ÖLDÜ - VİDEO

Bakının Qaradağ rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindən Qobu qəsəbəsini birləşdirən yolda olub.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ-2107”nin sürücusü və VAZ 21099-da olan qadın sərnişin hadisə yerində dünyasını dəyişib. 

2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.