-
- 17-07-2020, 12:58
- 700
Rusiyada qoşunlarının qəfil yoxlanılması başladı - Putindən göstəriş
Rusiya Prezidenti Vladimir Putin Cənub və Qərb hərbi dairələri qoşunlarının qəfil yoxlanılması barədə göstəriş verib.
News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, qəfil yoxlanışa səbəb qoşunların ölkənin cənub-qərbində təhlükəsizliyin təmin olunması qabiliyyəti və sentyabrda keçiriləcək “Qafqaz-2020” təlimlərinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlıdır.
Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bunun üçün 149 mindən çox şəxsi heyət və 26,8 mindən çox texnika cəlb olunduğunu qeyd bildirib.
Yoxlanış zamanı qoşunlarla taktiki səviyyədə 56 təlimin keçirilməsinə baxılacaq. Bunlar 35 poliqon və təlim meydançaları, Qara və Xəzər dənizləri akvatoriyasının 17 dəniz poliqonunda olacaq. Qəfil yoxlanışa 149 755 nəfər şəxsi heyət, 26 820 silah və hərbi texnika, 414 uçuş aparatı, 106 hərbi gəmi cəlb olunub.