Qəbul imtahanları avqust ayında KEÇİRİLƏCƏK
    • 17-07-2020, 14:49
    • 510

Qəbul imtahanları avqust ayında KEÇİRİLƏCƏK

“Avqustun 10-dək rezidentura və dövlət qulluğu ilə müəyyən təxirə salınan imtahanları keçirəcəyik”.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bundan sonra, avqustun 13-14-ü tarixlərində qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub: “Keçirilniş bütün imtahanların nəticələri elan olunmalıdır. Avqustda 4 gün qəbul imtahanları keçirməyi nəzərdə tutmuşuq. Hazırda dəqiq tarixləri demək mümkün deyil, bunlar karantin rejimi ilə əlaqədar olan səbəblərdir”.

M.Abbaszadə onu da vurğulayıb ki, magistraturaya qəbul üzrə qeydiyyat iyunun 20-də yekunlaşacaq. 

Afaq Mirayiq