-
- 20-06-2020, 13:26
- 788
Qəbul imtahanlarının onlayn keçirilməsi MÜMKÜN DEYİL
“Qəbul imtahanlarının onlayn keçirilməsi və yüz min insanın iştirakı mümkün deyil".
News24.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələri ilə onlayn görüşü zamanı deyib. O bildirib ki, bu məsələ həm də texniki cəhətdən də mümkün deyil:"Hər bir şəxs müəyyən qurğularla təhciz olunmalıdır. Təbii ki, belə kütləvi imtahı keçirmək qeyri-mümkündür. Biz bunu təşkil etsək də ölkə ərazisində internet problemi yarana bilər. Həmçinin bu qədər şagirdləri neçə müəllim sorğu-sual edə bilər? Buna neçə gün ayrıla bilər?”
M.Abbaszadə bildirib ki, bir müddət öncə onlayn sınaq imtahanına 500 nəfər qeydiyyat olunsa da cəmi 120 şagird qatılıb.