İyulun 20-dən gözəllik salonları İŞLƏYƏCƏK
    • 17-07-2020, 19:33
    • 859

İyulun 20-dən gözəllik salonları İŞLƏYƏCƏK

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. 

News24.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və
Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.