“Qarabağ”ın yeni transferi Bakıya gəlib

“Qarabağ”ın yeni transferi Bakıya gəlib
İDMAN

18-07-2020, 14:27

Mətn ölçüsü

"Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.

News24.az, bu barədə futbolçu özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Kolumbiyalı mərkəz müdafiəçisi Bakı Olimpiya Stadionunun şəklini paylaşıb. "Gözəldir bu dəli həyat" yazısını yazan 27 yaşlı futbolçu klubla münasibətləri rəsmiləşdirdikdən sonra yeni komandasının təlim-məşq toplanışına qoşulmaq üçün Qəbələyə yollanacaq.

Qeyd edək ki, Portuqaliyanın "Çaves" klubundan transfer edilən Kevin Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlaması gözlənilir. /APASport/