MN: Düşmənə vurulan zərbələrin əksəriyyətinin çəkilişi aparılıb
    • 18-07-2020, 17:40
    • 827

MN: Düşmənə vurulan zərbələrin əksəriyyətinin çəkilişi aparılıb

“Biz baş verən hadisələrlə bağlı sistemli şəkildə cəmiyyətə məlumatlar çatdırırıq. Düşmən tərəfi isə məlumatları gizlədir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Müdafiə Nazirliyi Azərbaycanın itkiləri ilə bağlı məlumatların verilməsinin tərəfdarıdır: “Hadisələr zamanı ermənilər 100-lərlə itki verib. Düşmənə qarşı keçirilən hər bir cəza tədbirlərinin və onlara vurulan zərbələrin əksəriyyətinin videoçəkilişlər, PUA-lar və digər texniki vasitələrlə çəkilişi aparılıb”.