AMEA-nın həqiqi üzvünə “Əməkdar elm xadimi” adı verildi - SƏRƏNCAM
    • 20-07-2020, 18:44
    • 541

AMEA-nın həqiqi üzvünə “Əməkdar elm xadimi” adı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirovla bağlı sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib.