-
- 20-07-2020, 23:00
- 10 650
"Sən yox, mən ölərdim oğul..." - İbrahim Borçalının ölən 20 yaşlı oğlu TORPAĞA TAPŞIRILDI
"Sən yox, mən ölərdim oğul. Sən mənim bu dünyada ən böyük ümidim, dayağım, ilk göz ağrım idin, Rəhim".
20 yaşlı oğlu haqq dünyasına qovuşan ananın ürək yanğısıdır bu sozlər.
O ailənin ilk övladıydı. Rəhim adlı rəhmli bir gənc oğlan... Valideynlərinin onun gələcəyi ilə bağlı planları bitib-tükənməz idi. Amma bir anın içində onun üçün qurulan bütün planlar qara rəngə boyandı... Tabutunun üstünə qırmızı parça salınsa da, onun və onsuz yaşamağa məhkum olan valideynlərinin bütün gələcəyi həmin qara rəngdə qaldı... Rəhimin boya-başa çatması, təhsil alması üçün atası İbrahim hər zaman canı dildən çalışıb. Amma həyat, alın yazısı...
20 yaşlı Rəhimdən, müğənni İbrahim Borçalının həyatdan vaxtsız köçən gözünün ağı-qarası birçə oğul övladı bu gün ata yurdu Gürcüstanın Aşağı Saral kəndində torpağa tapşırıldı. Rəhimin məhz ata yurdunda dəfnini isə ailə özü istəyib.
Ailənin yaşadıqları azmış kimi, bir sıra xəbər portallarında və sosial şəbəkələrdə iki gün boyunca həqiqətə uyğun olmayan bəzi məlumatlar yer alıb. Ailə yer alan qeyri-dəqiq məlumatlardan dolayı əlavə narahatçılıq keçirir. Məhz bu səbəbdən mərhumun ailəsi News24.az vasitəsi ilə bildirir ki, Rəhimin nəşini Bakıya gətirə bilməmələri ilə bağlı yazılanlar yalandan başqa bir şey deyil: "Rəhim bizə elə zərbə vurdu ki, bundan sonra valideynləri necə yaşayacaq belə bilinmir. Bu cür yalan məlumatları yaymaqsa insanlıqdan deyil. Biz Rəhimin anası və atasının daha da pis hala düşməsini istəmirik. Valideynlərin Rəhimi Bakıya gətirmək fikirləri olmayıb. Rəhim sükan arxasında deyil, yan oturacaqda olub. Türkiyədə təhsil alan Rəhimin heç bir şəxsi avtomobili olmayıb. Xəbər alınan kimi hər iki valideyn Gürcüstana yola düşüb və bu gün dəfn mərasimi baş tutub".
Rəhimin bacısının, İbrahim Borçalının qızının dəfndə iştirak etməməsi ilə bağlı da yayılan xəbərlər həqiqətə uyğun deyil: "Bəli, Rəhimin bacısı dəfnə gedə bilmədi, çünki abituriyentdir. Rəhimin gedişi hamımızı elə sarsıdıb ki, onunla bağlı yazılan yalan informasiyalar hər birimizi qıcıqlandırır. Kimlərinsə dilindən eşidilən və deyilən məlumatları yazmaqla, bizim yaramızı qanadırsınız. Zatən yaramız qan içindədir".
Rəhimin babası, ana və atası Azərbaycandan Gürcüstana gedib. Gedişatda heç bir neqativ hal yaşanmayıb: "İbrahim gilin sərhəddə əziyyət çəkmələri, Gürcüstana buraxılmaları ilə yazılanlar da həqiqətə uyğun deyil. Onların gedişində qətiyyən problem yaşanmayıb. Azərbaycan və Gürcüstan övlad itirən valideynləri yetəri qədər anlayışla qarşılayıblar".
Hər kəsi böyük fəlakət yaşayan ailənin və yaxınların dərdinə həssaslıqla yanaşmağı və yanlış xəbərləri işıqlandırmamağa çağırırıq.
Ailənin bu ağrılı, unudulası mümkün olmayan günlərində başsağlığı verən, dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk.