-
- 21-07-2020, 09:23
- 535
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində oxumaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyən Azərbaycan vətəndaşları ilə iyulun 20-də ümumi intellekt səviyyəsinin yoxlanılması üçün onlayn test, həmçinin rus, ingilis dillərində onlayn müsahibə keçirilib.
Mərkəzdən News24.az-a verilən xəbərə görə, onlayn test və müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunub.
İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Qeyd edək ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alması üçün 3 nəfər Azərbaycan Respublikası vətəndaşına yer ayrılıb və bununla bağlı müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək istəyənlər üçün sənəd qəbulu 09 – 16 iyul 2020-ci il tarixlərində aparılıb.