-
- 21-07-2020, 11:32
- 707
Prezidentin köməkçisi Tovuz istiqamətində təxribatdan danışdı
“Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib”.
News24.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasında Prezident İham Əliyev tərəfindən tam qiymət verilib: “Hadisələrdən əvvəl Ermənistan yeni irticaçı doktrina qəbul edib. Bu, Ermənistanın təxribat törədəcəyinə dəlalət edirdi. Ermənistanda yeni Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. İyulun 12-də Tovuz istiqamətində postumuza qəfil artilleriya zərbəsi endirilib. Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu, əsassızdır. Azərbaycanın Ermənistanla Tovuz istiqamətində sərhəddə hər hansı hərbi məqsədi yoxdur. Azərbaycanın Ermənistanla həmin sərhədində nəzarətin ordudan Sərhəd Qoşunlarına verilməsinə hazırlıq görülür. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın məqsədi ilk növbədə diqqəti Ermənistan-Azərbaycan münaqişəsindən yayındırmaq idi: “Məqsəd Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatları, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın son dövrlər beynəlxalq səviyyədə apardığı uğurlu işlərə kölgə salmaq idi. Eyni zamanda Şərq-Qərb Nəqliyyat Dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək, sərhəd boyunca yeni üstünlüklər əldə etmək, Ermənistanda mövcud daxili problemlərdən diqqət yayındırmaq da qarşıya qoyulan məqsəd idi. Ermənistan ordusunda hökm sürən mənəvi deqradasiyanın, aprel və Güngüt əməliyyatlarında vurulan zərbələrin əvəzini almaq niyyətləri də vardı. Ermənistan qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi”.
H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycan ordusu düşmənin hücum və təcavüz aktının qarşısını aldı: “Ermənistan silahlı qüvvələrinə layiqli zərbə endirildi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu. Bu təcavüz aktına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan sivil dünya üçün təhlükə olmağa davam edir”. /APA/