"Artıq yetər! İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır"- PREZİDENT KÖMƏKÇİSİ
    • 16-07-2020, 14:57
    • 672

"Artıq yetər! İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır"- PREZİDENT KÖMƏKÇİSİ

“ATƏT-in həmsədrləri bəyanat veriblər. Lakin onlar Ermənistanın mövqeyini pisləməlidirlər”.

News24.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hələlik bu bəyanatlar ümumi xarakter daşıyır: “Artıq yetər. İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır. Bu sahədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə də məsuliyyət düşür”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyib: “Ancaq Ali Baş Komandanın rəhbərliyi altında atılan diplomatik addımlar Ermənistanın bu niyyətini puç etdi”.

H. Hacıyev nəzərə çatdırıb ki, Ermənistan döyüşdəki itkilərini gizlədir: “Ermənistan hərbi və informasiya müstəvisində uğursuzluğa düçar olanda mülki obyektləri hədəf alır. Artıq yaşlı vətəndaşımız həlak olub. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Ermənistanın əməlləri beynəlxalq hüquqi sənədlərin kobud surətdə pozulmasıdır”. /APA/