Pandemiya səbəbindən yaralılara baş çəkmək qadağandır - Müdafiə Nazirliyi
    • 21-07-2020, 11:35
    • 475

Pandemiya səbəbindən yaralılara baş çəkmək qadağandır - Müdafiə Nazirliyi

“Bəzi KİV yaralılarımıza baş çəkmək istəyir. Ancaq indiki vaxtda pandemiya səbəbindən bu, düzgün deyil”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub: “KİV-in bunu nəzərə almasını xahiş edirəm”.