“Xüsusi karantin rejimini pozan 788 nəfər həbs edilib” - Vilayət Eyvazov AÇIQLADI
    • 21-07-2020, 19:56
    • 546

“Xüsusi karantin rejimini pozan 788 nəfər həbs edilib” - Vilayət Eyvazov AÇIQLADI

Daxili işlər naziri Vilayət Eyvazov videokonfrans formatında Kollegiya iclası keçirib. 

News24.az
 xəbər verir ki, iclasda nazir xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görüldüyünü bildirib: "Onlardan 788 nəfər həbs edilib, 193 min 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfər cərimələnib".

Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini bildirib.