Ermənilər İspaniyada da təxribata əl atdılar - Azərbaycanlıların dəstək  aksiyası baş tutdu - FOTOLAR - VİDEO
    • 22-07-2020, 12:17
    • 667

Ermənilər İspaniyada da təxribata əl atdılar - Azərbaycanlıların dəstək aksiyası baş tutdu - FOTOLAR - VİDEO

Madriddə Ermənistan səfirliyinin qarşısında Azərbaycana dəstək aksiyası keçirilib. 

News24.az
-ın məlumatına görə, aksiyaya qatılmaq üçün İspaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar Madrid şəhərinə gəliblər. İştirakçılar "Qarabağ Azərbaycanın ürəyidir", "Erməni aqressiyasına son", "Qarabağ Azərbaycana aiddir" şüarları səsləndiriblər və Tovuz döyüşlərində qəramancasına həlak olan şəhidlərimizin fotolarını nümayiş etdiriblər.

İcazəli dəstək aksiyası zamanı ermənilərin təxribat törəkmək istəyi baş tutmayıb.

Həmyerlimiz və aksiyanın iştirakçısı Cavid Talıbov saytımıza verdiyi açıqlamada bildirib ki, polislər təxribatın qarşısını alıblar:"Ermənilər polisə aksiya zamanı sakit dayanacaqları ilə bağlı söz verdilər. Lakin öz səfirliklərinə daxil olduqdan sonra pəncərələrdən aqressiya dolu davranış nümayiş etdirdilər".

Dinc aksiyanın sonunda iştirakçılar Azərbaycanın Madriddəki səfirliyinə toplaşıblar. Orada cənab səfir Anar Məhərrəmovla söhbətləşərək müzakirələr aparıblar. A.Məhərrəmov bildirib ki, 2016-cı ildə Aprel döyüşləri və indiki Tovuz döyüşləri Ermənistanın Azərbaycana qarşı olan provakativ addımını bir daha göstərib:"Həmişə diqqətli olmalıyıq. Bizim dövlətimiz hal-hazırda çox qüdrətlidir. Cənab prezindet İlham Əliyev bunu çıxışlarında dəfələrlə deyir. Maşallah səfərbərliyə yazılan soydaşlarımızın sayı gündən günə artır. Bu bizim üçün qürur hissi olmalıdır. Bizim ölkəmizdə insanlar bir çağırışa ayağa qalxa bilirlər.  15 iyun tarixində də bunun şahidi olduq". 

Teymur Məmmədov