Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
    • 27-04-2024, 16:45
    • 433

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan "Counterpoint"in məlumatına görə, Çində "Apple"nin məhsullarına tələb xeyli azalıb.

News24.az sfera.az-a istinadən xəbər verir ki, Çində smartfon satışları 2024-cü ilin birinci rübündə illik 1,5 faiz artıb.

Bu dövrdə "Apple"ın Çində smartfon satışları 19,1 faiz azalıb. Yerli marka olan "Huawei"in satışları isə 69,7 faiz artıb. 

Satışdakı bu dəyişiklikdən sonra "Apple"ın bazar payı 19,7 faizdən 15,7 faizə düşüb, "Huawei"in bazar payı isə 9,3 faizdən 15,5 faizə yüksəlib.