Qüdsdə etiraz aksiyası - Netanyahunun istefası tələb edilir
    • 23-07-2020, 11:31
    • 595

Qüdsdə etiraz aksiyası - Netanyahunun istefası tələb edilir

Qüdsdə gecə saatlarında başlayan baraban yürüşü daha sonra iğtişaş və polislə qarşıdurmaya çevrilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli qarşıdurmalar İsrail parlamentinin binası qarşısında baş verib.

Polisə hücum edən etirazçılara qarşı sudan istifadə edilib. Etirazlara Baş nazir Benyamin Netanyahunun siyasəti səbəb olub.

Etirazçılar onun istefasını tələb ediblər. Bildiriblər ki, B.Netanyahu höküməti üçüncü cəhddən qura bilib.

Teymur Məmmədov